banner
banner

İdman

"Xəzər Lənkəran"dan getməyə məcburam" – Rahid Əmirquliyev

"Xəzər Lənkəran"dan getməyə məcburam" – Rahid Əmirquliyev

“Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyev Azərbaycan Premyer Liqasının 18-ci turunda "İnter"ə 0:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavalandırıb. Qol.Az-ın məlumatına görə, R. Əmirquliyev müsahibəsində transfer məsələlərindən və gələcək karyerasından danışıb.

- Mətbuatda artıq “Qarabağ”la müqavilə imzalamağınla bağlı xəbərlər yayılır.

- Mən də bu xəbəri mətbuatdan oxumuşam. Amma hələ heç nə rəsmiləşməyib. Sadəcə danışıqlar olub.
 
- Razılıq əldə olunub?

- Razılaşmaqla rəsmi müqavilə imzalamaq ayrı-ayrı şeylərdir. Biz rəsmi müqavilə imzalamamışıq. 
 
- Amma çox ehtimal ki, yeni klubun “Qarabağ” olacaq.

- Ola bilər. Amma başqa variantlar da var. Sabah bütün suallar cavabını tapacaq.
 
- Sənin çıxış edəcəyin mövqedə 4 futbolçu "Qarabağ"da var. Belə olan halda sənin üçün “Qarabağ”a keçməyin daha vacib idi, yoxsa rahat şəkildə əsas  heyətinə düşə biləcəyin “Qəbələ”yə?

- “Qarabağ”da yaxşı futbolçular yer alıb. Orda əsas heyətə düşmək üçün güclü rəqabət var. Əgər “Qarabağ” variantı alınsa, çalışacam özümü sübut edim və əsas heyətə düşə bilim.
 
- Anlaşmanın müddəti iki il yarım olacaq?

- Sabah bilinəcək. Çünki dekabrın 30-a qədər “Xəzər Lənkəran”ın futbolçusu hesab edilirəm. 
 
- Bir ara Xorvatiyanın “Rijeka” klubu ilə də adın hallanırdı. Bu klubdan rəsmi təklif almışdın?


- Təklif almışdım. Amma heç bir klubla danışıq aparmadım. Çünki üstünlüyü Azərbaycanda qalmağa verdim.

- Xaricə getməməyinin səbəbi nə idi? Bu günə qədər heç bir futbolçumuzun əcnəbi klublarda özünü doğrulda bilməməsi səni qorxutmadı?

-  Xaricə getməməyim ailə məsələləri ilə bağlıdır. Çünki bəzi problemlərim var.
 
- Gəmini sonuncu tərk edən kapitan olur. Bu gün kapitanın ayrılmaq haqda qərar verməyi gəminin batmasına işarədir?

- Mənə də ağır gəlir. “Xəzər Lənkəran”nı bu vəziyyətdə qoyub getmək istəməzdim. Amma belə alındı. Məcbur getməliyəm. Başqa variant yoxdur.
 
- Qış fasiləsi zamanı transferlərin olacağı bildirilirdi. Sənin gedişin bu deyilənlərin boş vəd olduğu anlamına gəlmir?

- Bu suala rəhbərlik cavab versə, daha yaxşı olar. Amma Lənkəran azarkeşləri bu cür vəziyyətə layiq deyil. Komanda yarandığı gündən çempionluq uğrunda yarışıb. Bu cür çıxış etməkdənsə, oynamamaq daha yaxşı olardı.
 
- Amma azarkeşlərin səni Lənkarandan qəhrəman kimi yola salır.

- Hər zaman çalışmışam ki, geyindiyim formanın haqqını verim. Azarkeşlərimizə təşəkkür edirəm ki, məni dəstəkləyirlər.  Yaxşı günümüzdə olduğu kimi, çətin anlarımızda da bizi yalnız buraxmadılar. Nəsə demək çətindir...
 
- Tək azarkeşlər yox idman mətbuatımız da bu il səni dəstəklədi və ilin ən yaxşı futbolçusu seçdilər.

- Səs verənlərə təşəkkür edirəm. Çalışacam, daim belə davam edim və hər zaman xoş sözlər eşidim.

- Amma mükafatını almağa gəlməmişdin.

- Mənə 2 gün qalmış məlumat verdilər. Ona görə gəlməyim heç cürə mümkün olmadı.Üzrlü hesab edin.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

SON DƏQİQƏ: Azərbaycanda futbolçu İNTİHAR ETDİ - FOTO

Zaqatala rayonunun Aşağı Tala kəndində intihar hadisəsi baş verib. Musavat.com xəbər verir ki, 1992-ci il təvəllüdlü Sabit adlı kənd sakini dünən axşam saatlarında özünü asaraq həyatına son qoyub. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Kənd sakinlərinin sözlərinə görə, Sabit Ağayev futbolla məşğul olurmuş. Faktla bağlı araşdırma aparılır. Şahanə Rəhimli Musavat.com